
Sabah Türkiyədə “AK parti”nin yeddinci növbədənkənar konqresi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, qurultayda bir sıra mühüm qərarlar qəbul ediləcək.
Həmçinin 8-ə yaxın nazirin də vəzifədən kənarlaşdırılacağı gözlənilir. Bundan əlavə konqresdə prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü il üçün manifesto və yol xəritəsini açıqlayacaq.
Partiyanın başqan yardımçısı Mahir Ünal açıqlamasında bildirib ki, Prezident komandasıyla bərabər yeni tənzimləmələr həyata keçirəcək.
Gununsesi.info