
“Vətəndaş cəmiyyəti quruculuğu Avropa İttifaqı üçün əsas prioritetlərdən biridir. Pandemiyaya, münaqişələrə , bəzi çətinliklərə baxmayaraq, vətəndaş cəmiyyəti qurucuğulu davam etməlidir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko “Regional Sabitlik və İnkişaf Naminə Əməkdaşlıq ” konfransında deyib.
Səfir bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun inkişafı üçün hökumət addımlar atmaldıır:
“Bu addımlardan biri qrant qadağalarından götürülməsidir. Avropa İttifaqı əlindən gələn dəstəyi etməyə hazırdır”.
Pərviz
Gununsesi.info