Ağsuda yol-nəqliyyat qəzası baş verib

  • By ilhame
  • 21 Mart 2024 22:18

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, rayonun Qaraqaşlı kəndi ərazisində KIA markalı minil avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

 

Qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Murad Ağadur oğlu Abdullayev, 2005-ci il təvəllüdlü İnqilab Müşfiq oğlu Hüseynli və 2006-cı il təvəllüdlü Cavid Mətləb oğlu Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info