
Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb.
Gununsesi.info-nun Dövlət Departameninin saytına istinadən verdiyi xəbərə görə, hesabatın Azərbaycanla bağlı bölümündə ölkəmizdə insan hüquqları və medianın vəziyyəti barədə tənqidlər yer alıb.
Hesabatda diqqətçəkən məqamlardan biri, Azərbaycanda qəbul olunmuş yeni media qanunu barədədir.
Sözügedən hesabatda qeyd olunur ki, Azərbaycan parlamenti ictimai müzakirələr aparmadan və çoxsaylı müraciətlərə baxmayaraq, medianın fəaliyyətini məhdudlaşdıran qanunu qəbul edib.
Məsələ ilə əlaqədar Medianın İnkişafı Agentliyinin (MEDİA) mövqeyini öyrənmək cəhdimiz baş tutmayıb.
Belə ki, qurumun mətbuat katibi Səidə Şəfiyeva sualımızı dinləsə də cavab verməkdən yayınıb.
Yeganə
Gununsesi.info