
ABŞ Dövlət Departamenti Abzasmedia.org xəbər portalının direktoru Ülvi Həsənlinin, baş redaktor Sevinc Vaqifqızının və mülki fəal Məhəmməd Kekalovun həbsinə reaksiya verib.
Gununsesi.info bildirir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib:
“Üç jurnalistin: Ülvi Həsənlinin, həmçinin onun həbsdə olarkən fiziki zorakılığa məruz qalması; Sevinc Vaqifqızı və eyni zamanda mülki fəal olan Maqomed Kekalovun həbsi ilə bağlı xəbərlərdən dərindən narahatıq”.
O, daha sonra əlavə edib.
“Biz Azərbaycan hökumətini hamının hüquq və azadlıqlarına, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırırıq”.
Gununsesi.info