3 gün iş olmayacaq

28 May Müstəqillik Günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq.

Gununsesi.info xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

HTML tutorial

Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq. Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.

Gununsesi.info