
Gələn il minimum əməkhaqqı 345 manat olaraq qalacaq.
Gununsesi.info bildirir ki, bu, “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.
Qeyd edək ki, hazırda minimum əməkhaqqı elə 345 manatdır.
Yaşayış minimumu və ehtiyac meyarının həddi isə 246 manatdan 270-ə qaldırılıb.
Dünya Bankının yoxsulluq üzrə hesablamalarında günlük 11,8 AZN (6,85 dollar) qazanc yoxsulluq həddi sayılır. Bu ayda təxminən 350 manat edir.
Gununsesi.info