
Son bir-iki il ərzində 2000-dən artıq şəxsin əmək pensiyasının əksik ödənildiyi aşkarlanıb.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev “Sosial saat” verilişində bildirib.
O bildirib ki, nəticədə bu şəxslərin əmək pensiyaları təkrar olaraq, yenidən hesablanıb. Pensiya məbləğləri orta hesabla 633 manatdan 739 manata qədər artırılıb.
“Həmin kontingentə keçmiş dövr üzrə ödənilməli olan 3 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait də qanunverciliyin tələblərinə uyğun olaraq ödənilməkdədir” , – deyə o bildirib.
Gununsesi.info