19 rus təyyarəsi Qazaxıstanı tərk etdi

Rusiya sülhməramlılarını və texnikasını daşıyan 19 təyyarə Qazaxıstandan Çkalovski aerodromuna gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Rusiya Aerokosmik Qüvvələrinin 19 hərbi-nəqliyyat təyyarəsi KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Rusiya sülhməramlıları ilə birlikdə Qazaxıstandan Moskva yaxınlığındakı Çkalovski aerodromuna gəlib”.

Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib və bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Alma-Atada polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub.

Gununsesi.info