
Bir neçə gün əvvəl həbs edilən Kanal 13 İnternet TV-nin rəhbəri Əziz Orucova yeni ittiham elan olunur.
Gununsesi.info bildirir ki, bu barədə jurnalistin Almaniyada yaşayan qardaşı Anar Orucov sosial şəbəkə hesabında yazıb.
“Bu dəqiqlərdə Səbail Rayon Polis idarəsində Əziz Orucova qarşı yeni ittiham irəli sürülür. Cinayət məcəlləsinin 206.2-ci maddəsinin verilməsi üçün hazırlıqlar görülür, dindirilməlır aparılır. Bu ittihamın irəli sürülməsi gözlənilən idi. Çünki köhnə ittiham cəmiyyətdə ciddi qəbul olunmadı”.
Jurnalistin vəkili Bəhruz Bayramov da saytımıza açıqlamasında Polis İdarəsində olduğunu təsdiqləyib.
Şəbnəm
Gununsesi.info