
Bu gün Azərbaycan vəkillərinin peşə bayramıdır – Vəkil Günüdür. Bu münasibətlə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association bu peşəyə sadiq bütün üzvlərini təbrik edib, bu çətin və şərəfli peşədə hamıya uğurlar arzulayıram. Həyatımın ən çətin və ən maraqlı hissəsi vəkilliklə bağlıdır.
Ömrümün böyük bir hissəsini Azərbaycanda vəkillik institutunun formalaşmasına, müstəqil olmasına həsr etdim. Bu gün çox şadam ki, Azərbaycanda vəkillik öz şərəfli yerini tutmağa nail olur.
Bu çox çətin və həm də Dövlətimiz, Xalqımız üçün çox vacib hadisədir, çünki, ancaq güclü və müstəqil vəkillik olan ölkə inkişaf edər. Son vaxtlara qədər Azərbaycan əhalisinə görə vəkillərin sayında axırıncı yerlərdə idi. Son 5-6 ili ölkədə vəkillərin sayı bir neçə dəfə artmışdır.
Bundan başqa, əgər əvvəllər vəkillər əsasən hüquq-mühafizə və məhkəmə orqanlarından qovulmuşlar hesabına formalaşırdısa, artıq ali məktəblərdə ən yüksək bal toplayanlar vəkil olmağa can atırlar.
Bu uğurda Vəkillər Kollegiyasının sədri Anar Bağırovun zəhmətini də qeyd etməmək ədalətsizlik olardı. İnanıram ki, vəkillik Azərbaycanda ən sevilən və sayılan peşə olacaq! Bu yolda hamımıza uğurlar arzulayıram.
Aslan İsmayılov
Gununsesi.info