Ərdoğan Zelenskiyə zəng etdi

Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Gununsesi.info  “TRT Haber”ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan qeyd edib ki, Ukraynanın hazırda Rusiyanın nəzarətində olan bəzi bölgələrində “referendum”ların təşkil edilməsi diplomatik prosesin canlandırılması üzrə səyləri çətinləşdirir.

Gununsesi.info