Ərdoğan daha “WhatsApp” işlətməyəcək

  • By turana
  • 10 Yanvar 2021 19:13
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məxfilik siyasətinin dəyişikliyinə görə “WhatsApp” messencerindən imtina edib.

Bu barədə Türkiyə liderinin mətbuat xidmətinə istinadən “Bloomberg” bildirib.

Qeyd edilir ki, Ərdoğan sabahdan etibarən “WhatsApp” mesajlaşma qruplarını “Turkcell”in şifrəli mesajlaşma tətbiqi olan “BiP”ə köçürəcək.

Qeyd edək ki, “WhatsApp” yanvarın 4-də “Məxfilik siyasəti”ni yeniləmiş və istifadəçilərinə yenilənmiş qaydaları qəbul etmələri üçün bildiriş göndərmişdi. Yeni şərtlərdə istifadəçilərin hesab məlumatlarının, mesajların əsas məzmununun, olduqları yer barədə məlumatların “Facebook”a aid şirkətlərlə paylaşılması irəli sürülüb. Bu yenilik yalnız Avropa Birliyi ölkələrinə şamil olunmayacaq.

Gununsesi.info