Ərdoğan Azərbaycan üzrə qrup komandanını təltif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycan Xidmət Qrup Komandanı Bəxtiyar Ersayı təltif edib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın sərəncamı ilə Ersaya general-leytenant rütbəsi verilib.

Qeyd edək ki, Bəxtiyar Ersay daha əvvəl Türkiyə Quru Qoşunlarının Əməliyyat İdarəsinin rəisi də olub.

Xatırladaq ki, ötən ilin sentyabrında Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

Gununsesi.info