
“Forbes” jurnalı dünyanın ən zəngin insanlarının yeni siyahısını açıqlamışdı.
Gununsesi.info jurnala istinadən xəbər verir ki, dünya zənginləri arasında Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun da adı var.
Vahid Ələkbərovun 2021-ci ildə şəxsi sərvəti 24,9 milyard dollar təşkil edir. O bu göstəriciyə görə, Rusiyada 5-ci ən zəngin şəxs saylır. 2020-ci illə müqayisədə 71 yaşlı iş adamının sərvəti 9,7 milyard dollar artaraq yeni rekord vurub.
Gununsesi.info